Bakıda şirkətə maskalı şəxslər basqın etdilər
Bakıda tikinti şirkətinə maskalı basqın olub. Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, hadisə avqustun 28-də saat 04 radələrində R.Quliyev küçəsində yerləşən "Qara çay” tikinti şirkətində qeydə alınıb.
Naməlum şəxs maskalanaraq şirkətə girib və oranın gözətçisi 1948-ci il təvəllüdlü Zina Bəşirovanı bıçaqla hədələyib. Daha sonra 67 yaşlı qadının əl-qolunu bağlayan quldur, şirkətin kassasını aparıb. Kassanın içindən 60 min ABŞ dolları və sənədlər olub. Şikayət əsasında axtarışlara başlanılıb. Axtarışlar nəticəsində quldurluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Nicat Nurbala oğlu Xəlilov tutulub. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bakıda iki nəfəri bıçaqladılar
Bu gecə Bakıda iki bıçaqlanma hadisəsi olub. Bakı şəhər baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, hadisələrdən biri Xəzər, digəri isə Sabunçu rayo...