Bakıda maskalılar şirkətə basqın etdilər: 50 min aparıldı
09
sen
2015
11:05
Məşhur "Gök-nur” şirkətinin Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən kabel zavoduna basqın olub. BAKU.WS-in məlumatına görə, bu barədə Xəzər rayon Prokurorluğundan Repor-ta bildirilib. Verilən məlumata görə, naməlum maskalı şəxslər gecə zavoda daxil olaraq gözətçinin əl-qolunu bağlayıb və onu ölümlə hədələyib. Daha sonra maskalılar zavodun ofisindən içərisində 50 min ABŞ dolları olan seyfi aparıb. Faktla bağlı araşdırma aparılır. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bakıda 15 yaşlı qız ana oldu
Bakıda yeniyetmə qız uşaq doğub. BAKU.WS-in məlumatına görə, bu barədə Suraxanı rayon Polis İdarəsindən APA-ya bildirilib. Verilən məlumata görə, 2 saylı doğu...