Bakıda mağazaya basqın: satıcı yaralandı
24
avq
2015
12:13
Bakıda quldurluq hadisəsi baş verib. BAKU.WS-in lent.az-a istinadən verdiyi məlumata görə, gecə saatlarında 2 nəfər naməlum şəxs Binəqədi şosesində yerləşən "Şərab Evi" marketinə gəlib. Onlar satıcı, 1989-cu il təvəllüdlü Elçin Xasıyevdən energetik içki istəyiblər. Satıcı əyilib içkini götürmək istədikdə həmin şəxslər onun başına şüşə butulka ilə zərbələr endiriblər. E.Xasıyev özündən gedəndən sonra naməlum şəxslər mağazanın kassasından 300 manatdan artıq pulu götürərək aradan çıxıblar. Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə iş başlanılıb. Əməliyyat-axtarış tədbirləri həyata keçirilir. BAKU.WS
Oxşar xəbərlər
Bakının mərkəzində kişinin pulunu və üzüyünü əlindən aldılar
Bakıda soyğunçuluq edən 2 nəfər tutulub. BAKU.WS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 19-da Nəsimi rayonu ərazisin...