Bakıda maskalı şəxslər evə basqın edib

Bakıda maskalı şəxslər evə basqın edib
Hadisə 1080
 

Bakıda evə basqın olub. "Report”un xəbərinə görə, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan 52 yaşlı Vaqif Alışovun evinə maskalı şəxslər hücum ediblər. 

Basqınçılar ev sahibinin əl-qolunu bağlayaraq ondan pul tələb ediblər. Evdə pul tapa bilməyən şəxslər ev sahibini döydükdən sonra oranı tərk ediblər.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS

Son xəbərlər