Bakıda maskalı şəxslər evə girib arvadın əl qolunu bağladılar, ər yuxudan ayılmadı (ŞOK OLAY)
Bakının Qaradağ rayonunda mənzillərdən birinə basqın olub.
BAKU.WS-in məlumatına görə, gecə saat 03:00-da Lökbatan qəsəbəsində üzlərində maska, əllərində isə bıçaq və tapança olan 3 nəfər naməlum şəxs qəsəbədə 1-ci massiv 4-cü küçədə yaşayan 1965-ci il təvəllüdlü Hafiz Əmirxanovun və arvadı 1970-ci il təvəllüdlü Fatilə Orucovanın evdə yatmış vəziyyətdə olduqları zaman açıq qapıdan evə daxil olublar. Quldurlar səsə oyanan F.Orucovanı digər otağa aparıb orada əl-ayağını və ağzını yapışqanlı lentlə bağlayıblar. Sonra qadına hədə qorxu gələrək evdən 1000 manat, 1 cüt qızıl sırğa, 1 ədəd qızıl boyunbağı, 2 ədəd qızıl üzük və mobil telefonu götürüb gediblər. Quldurlar evdən getdikdən sonra səhərə yaxın Hafiz Əmirxanov oyanıb arvadını digər otaqda əl-ayağı bağlı vəziyyətdə aşkar edib. Polis əməkdaşları hadisə yerinə baxış zamanı 1 ədəd alışqan tapança aşkar edərək götürüblər.
BAKU.WS
Oxşar xəbərlər
“Bandotdel” əməliyyat keçirdi
Bakı sakininin Bülbülə qəsəbəsində yaşadığı evdən silah-sursat götürülüb. BAKU.WS-in Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil C...