Bakıda maskalı şəxslər jurnalistin evinə basqın edib
İctimai Televiziya və Radio Yayımları Şirkətinin(İTV) informasiya departamentinin böyük redaktoru Sərvər Bayramovun evinə basqın olub.
BAKU.WS xəbər verir ki, bu barədə APA-ya məlumat verən S. Bayramov bildirib ki, ki, təxminən saat 01 radələrində Binəqədi rayonu Sulutəpə qəsəbəsində olan evinin ikinci mərtəbəsində yatarkən birinci mərtəbədən səs-küy eşidərək aşağı enib. Bu zaman maskalı şəxslərin evi axtardığını görüb. Həmin şəxslər S. Bayramovu gördükdən sonra qaçıblar.
Hadisə barəsində Binəqədi rayon Polis İdarəsinə məlumat verilib. Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsindən APA-ya bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Evə soxulub qadını bıçaqladı, pulunu apardı
Bakıda mənzilə basqın edən şəxs ev yiyəsini bıçaqlayıb. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb. Məlumata görə,...