Evə soxulub qadını bıçaqladı, pulunu apardı

Evə soxulub qadını bıçaqladı, pulunu apardı
Hadisə 1019
 

Bakıda mənzilə basqın edən şəxs ev yiyəsini bıçaqlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, iyulun 27-də Binəqədi rayonu ərazisində yaşayan İradə Hüseynovanın mənzilinə aldatma yolu ilə girmiş naməlum şəxs ona bıçaqla xəsarət yetirib oradan 110 manat pul aparıb.

İ.Hüseynova xəstəxanaya yerləşdirilib. 

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə hadisənin Bakı şəhər sakini Samir Rəşidov tərəfindən törədilməsi müəyyən edilib.

Binəqədi Rayon Polis İdarəsində faktla bağlı əməliyyat-axtarış tədbirləri aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda uşaq oğurlayan şəxsin fotoları yayıldı

Bakıda uşaq oğurlayan şəxsin fotoları yayıldı

Ötən gün Bakıda 14 yaşlı uşağı qaçıraraq ailəsindən 20 min manata tələb edən şəxsin fotoları yayılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə...

1778 Hadisə 13:30 01 iyun 2016

Son xəbərlər