Bakıda nitq qüsurlu qadına qarşı iyrənc əməl
24
noy
2016
12:35
Bakıda nitqi qüsurlu qadın döyülüb.
BAKU.WS Report-a istinadən xəbər verir ki, hadisə Yeni Günəşli qəsəbəsi V massivi bina 21-də qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü Bədəlova Bəsti Allahverdi qızı qonşular tərəfindən binanın blokunda tapılıb. Məlum olub ki, B.Bədəlova döyülüb, onun üz və bədən nahiyəsinə xəsarətlər yetirilib, saçının bir hissəsi isə cibinə yığılıb.
O, 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, B.Bədəlova mənzildə tək yaşayır. Hadisə vaxtı isə mənzilin qapısı açıq olub.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda avtobus piyadanı vurdu, yaralının bacısı sürücünü döydü
Bakıda piyadanı vuran avtobus sürücüsü xəsarət alan şəxsin bacısı tərəfindən döyülüb. "Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisin...