Azərbaycanda 80 yaşlı qadın yanan quyuya düşdü, diri-diri yandı
26
dek
2017
09:07
Şəkidə 80 yaşlı qadın bədbəxt hadisə nəticəsində ağır yanıq xəsarətləri alıb.APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün saat 15:50 radələrində Oğuz rayonu Baş Daşağıl kənd sakini, 1937-ci il təvəllüdlü Xanım Abdulrəhim qızı Soltanəliyeva ağır yanıq xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.MRX-dan APA-ya verilən məlumata görə, müayinə zamanı 80 yaşlı X. Soltanəliyevanın Şəki rayonu Kiçik Dəhnə kəndinin inzibati ərazisindəki fəaliyyət göstərən fermanın həyətindəki zibil yanan quyuya ehtiyatsızlıqdan yıxılaraq ağır yanıq xəsarətləri aldığı məlum olub. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən X. Soltanəliyevaya bədəninin 2-3 dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub. O, həkimlərin səyinə baxmayaraq ötən gün axşam saat 19:30 radələrində aldığı ağır yanıq xəsarətlərindən dünyasını dəyişib.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı tələbə Türkiyədə partlayış zamanı öldü: Ata və ana isə ağır yaralıdır
Türkiyədə azərbaycanlı tələbə partlayış zamanı ölüb.BAKU.WS-in məlumatına görə, bu barədə "Report"un Qərb bürosuna dünyasını dəyişən tələbənin qohumları məlumat...