Qayın yeznəsinin qabırğalarını sındırdı - AZƏRBAYCANDA

Qayın yeznəsinin qabırğalarını sındırdı - AZƏRBAYCANDA
Hadisə 2816

 

Şəkidə 37 yaşlı kişi qaynı tərəfindən döyülüb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, mayın 20-i axşam saatlarında rayonun Aşağı Küngüt kənd sakini, 1980-cı il təvəllüdlü Mehman Fərman oğlu Zəkəryəzadə döyülmə xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib.

Şəki MRX-dan APA-ya bildirilib ki, 37 Mehman Zəkəryəzadəyə döyülmə nəticəsində qarnının küt travması, sağ döş qəfəsinin əziyi, qabırğa sınığı, ağız və çənənin əziyi xəsarətləri alıb, vəziyyəti  orta-ağır qiymətləndirilir.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə Aşağı Küngüt kənd inzibati ərazisində baş verib. Mehman Zəkəryəzadə ilə qaynı arasında istintaqa hələki  məlum olmayan səbəbdən mübahisə düşüb. Mübahisə zamanı Mehman Zəkəryəzadəyə qaynı tərəfindən müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.

BAKU.WS

Son xəbərlər