Nazirlik işçisi yeyib-içdikdən sonra qardaşı oğlunu güllələdi

Nazirlik işçisi yeyib-içdikdən sonra qardaşı oğlunu güllələdi
Hadisə 1470

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşı ov tüfəngi ilə qardaşı oğlunu yaralayıb.

BAKU.WS xəbər verir ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, aprelin 30-u axşam saat 18 radələrində rayonun Muğanlı kənd sakinləri 1977-ci il təvəllüdlü Ceyhun Musa oğlu İbrahimov hər iki baldırın və sağ bazu nahiyəsinin kor saçma yaraları xəsarətləri diaqnozu, 1957-ci il təvəllüdlü Məhəmməd Həsən oğlu Həsənov isə döş qəfəsinin və sol gözünün yumşaq toxumasının əziyi diaqnozu ilə xəstəxanaya daxil olublar. 

Hər iki şəxsə xəstəxanada yardım göstərildikdən sonra xəsarətləri yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Zaqatala rayon hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə rayonun Muğanlı kəndi yaxınlığında,  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə məxsus  meşə zolağında baş verib. 

Yaralı C. Ibrahimovla əmisi M. Həsənov meşə ərazisində bir yerdə yeyib-içən zaman onların arasında mübahisə düşüb. Mübahisədən sonra C. Ibrahimov ərazidən uzaqlaşmaq istəyən zaman əmisi M. Həsənov əlində olan 16 mm kalibrli qoşalülə ov tüfəngi ilə ona atəş açıb. Nəticədə C. İbrahimov hər iki baldırından və sağ bazu nahiyəsindən saçma yarası xəsarətləri alıb. Daha sonra C. İbarimov əmisinin yanına gələrək ov tüfəngini onun əlindən götürərək qırıb və əmisini döyüb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparıldığı bildirilir və vurğulanıb ki, RPŞ-də  hər iki şəxsdən izahat götürüldükdən sonra sərbəst buraxılıblar.

Məlumatda o da bildirilib ki, qardaşı oğluna ov tüfəngi ilə atəş açan M. Həsənov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Muğanlı meşəbəyliyində meşə gözətçisi vəzifəsində işləyir.

BAKU.WS

Son xəbərlər