Azərbaycanda polis bölməsində partlayış: Kapitan yaralandı

Azərbaycanda polis bölməsində partlayış: Kapitan yaralandı
Hadisə 1693

 

Zaqatalada polis sahə müvəkkilinin iş otağında partlayış baş verib, polis kapitanı qəlpə yaraları alıb.

BAKU.WS xəbər verir ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün səhər saat 08 radələrində rayonun Bəhmətli kənd sakini, 1971-ci il təvəllüdlü Rövşən Sadəddin oğlu Baliyev bədəninin çoxsaylı qəlpə yaraları xəsarətləri ilə xəstəxanaya daxil olub.

Hazırda Rövşən Baliyev xəstəxanada həkim müayinəsindən keçir. 

İlkin məlumata görə, Əliabad qəsəbəsində sahə müvəkkili işləyən polis kapitanı Rövşən Baliyev iş otağının qapısını açıb içəri daxil olmaq istəyən zaman anidən partlayış baş verib. Nəticədə sahə müvəkkili çox saylı qəlpə yaraları alıb.

Hazırda rayonun hüquq-mühafizə orqan əməkdaşları hadisə yerində əməliyyat tədbirləri apararaq hadisənin baş vermə səbəblərini araşdırırlar. 

BAKU.WS

Oxşar xəbərlər

Qarabağda daha bir itki verdik

Qarabağda daha bir itki verdik

Erməni hərbi birləşmələrinin Ağdamın yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaralanan mülki şəxslərdən biri dünyasını dəyişib. APA-nın Qarabağ bürosu...

1349 Siyasət 14:30 28 aprel 2016

Son xəbərlər