Şəmkirdə partlayış: 1 nəfər yaralandı

Şəmkirdə partlayış: 1 nəfər yaralandı
Hadisə 1038

Şəmkir rayonunun Yeni Həyat kəndində partlayış baş verib. 

BAKU.WS Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan taxta yeşiklərin emalı sexinin ərazisində olan gözətçi otağında yanğınla nəticələnən partlayış baş verib.

Partlayış zamanı otağın qapı-pəncərə çərçivələri, lambirindən ibarət tavan dağılıb və otağın yanar konstruksiyaları yanıb. 1 nəfər -  Şəki rayonunun Kiçik Dəhnə kənd sakini 1966-cı il təvəllüdlü Laçın Adamov yanıq xəsarəti alıb. 

Əraziyə cəlb edilən FHN əməkdaşları gözətçi otağının qalan hissəsi və yaxınlıqdakı sexi yanğından mühafizə ediblər. Xəsarət alan şəxs isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb, vəziyyəti ağırdır.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda ev partladı: ana və qızları xəstəxanalıq oldu

Azərbaycanda ev partladı: ana və qızları xəstəxanalıq oldu

Goranboyda evdə partlayış olub. BAKU.WS Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 29-da saat 08 radələrində Bakı şəhər sakini Nadir Me...

835 Hadisə 16:34 30 mart 2016

Son xəbərlər