Azərbaycanlı tələbə Türkiyədə partlayış zamanı öldü: Ata və ana isə ağır yaralıdır
17
noy
2017
12:49
Türkiyədə azərbaycanlı tələbə partlayış zamanı ölüb.BAKU.WS-in məlumatına görə, bu barədə "Report"un Qərb bürosuna dünyasını dəyişən tələbənin qohumları məlumat veriblər.Məlumata görə, Samux rayonunun Qarabağlılar kənd sakini, 1968-ci il təvəllüdlü İsrafil Etibar oğlu Allahverdiyev və onun həyat yoldaşı 1972-ci il təvəllüdlü Aynurə Əşrəf qızı Allahverdiyeva Türkiyədə təhsil alan övladlarına baş çəkmək üçün ora gediblər.Onların qaldığı evdə qaz partlayıb. Hər iki valideyn yanıq xəsarətləri alıb, onların övladı 1998-ci il təvəllüdlü Nurlan İsrafil oğlu Allahverdiyev isə aldığı xəsarətlərdən Türkiyədə dünyasını dəyişib.Valideynlər Azərbaycana gətirilib. Ağır yanıq xəsarətləri alan İ.Allahverdiyevin vəziyyəti pisləşib.Bu gün Nurlanın meyiti Azərbaycana göndəriləcək. Məlumata görə, valideynlərinin Nurlanın ölümündən xəbəri yoxdur.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda dəhşətli partlayış - Təzyiq qadını evdən çölə atdı
Şəmkirdə yaşayış evində partlayış olub.Rayonun Zəyəm Cırdaxan kəndində kənd sakini, 1972-ci il təvəllüdlü İskəndərli Məhbubə Nəriman qızı yaşadığı evdə qaz soba...