Tanınmış karateçinin evində partlayış: həyat yoldaşı və uşağı yaralandı, özü isə öldü

Tanınmış karateçinin evində partlayış: həyat yoldaşı və uşağı yaralandı, özü isə öldü
Hadisə 5554

 

Sumqayıtda yaşayış evində partlayış olub.

APA-nın məlumatına görə, hadisə bir neçə gün əvvəl baş verib. Sumqayıt şəhər sakini, 1970-ci il təvəllüdlü Rövşən Xaliq oğlu Veysəlova məxsus evdə baş verən partlayışa qaz sızması səbəb olub. Nəticədə o özü, 1975-ci il təvəllüdlü həyat yoldaşı Dilarə Veysəlova və övladı Xaliq ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, R. Veysəlov bu gün aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, R. Veysəlov tanınmış idmançıdır. O karate üzrə qara kəmər ustası, əməkdar məşqçidir. 

BAKU.WS

Son xəbərlər