Rusiyada başından güllələnən avtoritetin nəşi Azərbaycana gətirildi
Xəbər verdiyimiz kimi, Rusiyada azərbaycanlı avtoritet başından güllələnərək öldürülüb.
"Report" xatırladır ki, hadisə Rusiya Federasiyasının Xanti-Mansi Muxtar Dairəsində qeydə alınıb.
Belə ki, Surqut şəhərində "Kafe Rus" iaşə obyektində azərbaycanlı avtoritetlər arasında yığıncaq ("sxodka") olub. Avtoritetlər arasında mübahisə düşüb.
Nəticədə Ağdam rayon sakini, 1971-ci il təvəllüdlü Siyavuş Zeynalov başından güllələnərək öldürülüb. Hadisədən sonra qətli törədən şəxs kafedən çıxaraq qaçıb.
S.Zeynalovun meyiti Moskva-Bakı reysi üzrə hərəkət edən təyyarə ilə bu gün günorta saatlarında Bakıya gətirilib.
Faktla bağlı Rusiyanın hüquq-mühafizə orqanları araşdırma aparır. tanınmış idmançıdır. O karate üzrə qara kəmər ustası, əməkdar məşqçidir.
BAKU.WS
Oxşar xəbərlər
"Demirchi plaza"da atışma ilə bağlı açıqlama: "Vinçester" tüfəngi ilə öldürüb
İraq Hava Yolları aviaşirkətinin Bakı nümayəndəliyinin əməkdaşının qətlə yetirilməsinin İraqın Azərbaycandakı səfirliyi və şəxsən bu ölkənin müvəqqəti işlər üzr...