"Demirchi plaza"da atışma ilə bağlı açıqlama: "Vinçester" tüfəngi ilə öldürüb

Demirchi plazada atışma ilə bağlı açıqlama:  Vinçester tüfəngi ilə öldürüb
Hadisə 2459

İraq Hava Yolları aviaşirkətinin Bakı nümayəndəliyinin əməkdaşının qətlə yetirilməsinin İraqın Azərbaycandakı səfirliyi və şəxsən bu ölkənin müvəqqəti işlər üzrə vəkilinə heç bir aidiyyəti yoxdur.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə İraqın müvəqqəti işlər üzrə vəkili Fədil Əbəd Əl-Şüveylinin verdiyi bəyanatda bildirilir. Bəyanatda deyilir ki, aviaşirkətin iki azərbaycanlı əməkdaşı arasında yaşanan mübahisə birinin öldürülməsi ilə nəticələnib.

Bəyanatda həmçinin hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaqın aparıldığı və öldürülən şəxsin qardaşının İraq səfirliyində çalışan yerli əməkdaşlardan biri olduğu bildirilir.

Silahlı insident nəticəsində 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Ağalı Əli Valid oğlu qətlə yetirilib. O, "Vinçester" tüfəngindən açılan atəşlə öldürülüb. Ə. Ağalı İraqın Azərbaycandakı səfirinin tərcüməçisinin qardaşıdır.

Qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Bəşirov Elşən Rəfayət oğlu saxlanılıb. Onun İraq Hava Yollarının Bakı nümayəndəliyində sürücü işlədiyi bildirilir.

BAKU.WS

Son xəbərlər