Millət vəkilindən açıqlama: "Rövşən Lənkəraniski qətlə yetirilib"

Millət vəkilindən açıqlama: Rövşən Lənkəraniski qətlə yetirilib
Hadisə 6601

 

Məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin qətlə yetirilməsi ilə bağlı redaksiyamıza xəbər daxil olub.

Yayılan məlumata görə, Lənkəranski bu gecə Türkiyədə qətlə yetirilib. Onunla bərabər sürücüsü də öldürülüb.

Bizimyol.info saytı yayılan məlumatla bağlı Rövşən Lənkəranskinin  yaxın qohumu, millət vəkili Fəzail Ağamalı ilə əlaqə saxlayıb. O saytımıza açıqlamasında qətl xəbərinin doğru olduğunu qeyd edib. "Mən məlumat öyrənməyə çalışdım. Çox çətinliklə də olsa öyrənə bildim. Çox təəssüf, çox dəyərli oğul idi.” 

Qeyd edək ki, Fəzail Ağamalının qardaşı qızı, Rövşən Lənkəraniskinin qardaşının həyat yoldaşıdır.

BAKU.WS

Son xəbərlər