Rövşən Lənkəranskinin ölüm xəbəri yayıldı (FOTO, VİDEO)
Türkiyənin İstanbul şəhərində azərbaycanlı iş adamı güllələnib.
BAKU.WS-in məlumatına görə, Beşiktaşda bir oteldən çıxan Azərbaycan nömrəli lüks cipə odlu silahdan atəş açılıb. Hücumda azərbaycanlı iş adamı yaralanıb, sürücüsü xəstəxanada dünyasını dəyişib.
Hadisə Türkiyə vaxtı ilə saat 00.30-da Beşiktaşda baş verib. Oteldən çıxan lüks cip 10 metr irəlidə pusu quran şəxslərin silahlı hücumuna məruz qalıb. Avtomobilin içində olan azərbaycanlı iş adamı Rövşən Əliyev ağır yaralanıb. Yaralı iş adamı "Şişli Etfal Hastenesi"ndə müalicə olunur.
Avtomobili güllələyən şəxslər silahları hadisə yerində buraxaraq qaçıb.
Hadisədən sonra əraziyə çox sayda polis cəlb olunub.
Qeyd edək ki, güllələnən şəxsin "qanuni oğru" Rövşən Lənkəranski olduğu iddia olunur. "Rövşən Lənkəranski”nin Türkiyəyə Azərbaycan pasportu ilə daxil olduğu və adının Rövşən Əliyev kimi qeyd edildiyi iddia olunur.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Rövşən Lənkəranski məşhur avtoritetləri İstanbula topladı
Məşhur azərbaycanlı "qanuni oğru” Rövşən Lənkəranski İstanbulda kriminal aləmin nüfuzlu şəxslərini bir araya yığıb. Toplantıda oğru aləmində baş verən proseslə...