Rövşən Lənkəranski məşhur avtoritetləri İstanbula topladı

Rövşən Lənkəranski məşhur avtoritetləri İstanbula topladı
Hadisə 5909
 

Məşhur azərbaycanlı "qanuni oğru” Rövşən Lənkəranski İstanbulda kriminal aləmin nüfuzlu şəxslərini bir araya yığıb.

Toplantıda oğru aləmində baş verən proseslər müzakirə olunub və bir sıra ciddi qərarlar qəbul edilib. Müzakirələr zamanı azərbaycanlı Ruslan adlı avtoritetə "qanuni oğru” adı verilməsi də razılaşdırılıb və avtoritetə tacqoyma mərasimi keçirilib. Məlumata görə, əslən Lənkərandan olan Ruslan Bakının Əhmədli qəsəbəsində doğulub.

Bir müddət əvvəl həbsdən azad olunan avtoritet, Azərbaycanı tərk edərək xarıcdə kriminal fəaliyyətini davam etdirir.

Qeyd edək ki, iyunun 19-da başqa bir azərbaycanlının Moskvada "qanuni oğru” adı alması barədə məlumat yaymışdıq. Bildirmişdik ki, Lənkəranskinin adamı hesab olunan Samir adlı avtoritetə "qanuni oğru” statusu verilib.

Məlumata görə Yasamalda doğulan Samir, məşhur "qanunu oğru” Lotu Yunusun dayısı Hacıbalanın oğludur. (aznews.az)

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər