Rövşən Lənkəranskinin tac verdiyi adam Moskvada həbs edildi
Cinayətkar aləmdə daha çox "Zaur Naxçıvanski” kimi tanınan 29 yaşlı "qanuni oğru” Zaur Şipilov dünən Moskvada "Çayxana Alay bazarı” restoranında həbs edilib.
BAKU.WS virtualaz.org-a istinadən xəbər verir ki, Z.Şipilovun üzərinə baxış keçirilərkən ondan böyük dozada heroin götürülüb.
Zaur Şipilov 2006-cı ilin aprelində Moskvada "Lotu Hikmət”lə (Hikmət Muxtarov) birlikdə güllələnən məşhur azərbaycanlı kriminal avtoritet Bayram Talıbovun oğludur.
Zaur Naxçıvanski 2013-cü ilin iyul ayında Rövşən Lənkəranskinin təşəbbüsü ilə Türkiyədə "taclandırılıb” və o "qanuni oğru” elan olunub.
Zaur Şipilov Orenburqda doğulub boya-başa çatıb. Ona görə də vətənində onun özü və "oğru titulu” haqda çox adamın geniş məlumatı yoxdur. Bundan əlavə, Zaur Naxçıvanski indiyə qədər polisin diqqətini cəlb etməməyə nail olub.
BAKU.WS
Oxşar xəbərlər
MTN-dən böyük əməliyyat: 5 Azərbaycan vətəndaşı tutuldu
Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş anti-terror tədbirləri nəticəsində, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutu...