Tanınmış "qanuni oğru" öldü: avtoritetlər İrəvana toplanır
Ermənistanda kriminal aləmin tanınmış üzvlərindən olan "qanuni oğru" ölüb. BAKU.WS-in məlumatına görə, "Vzqo" kimi tanınan məşhur avtoritet Vazgen Nersesyan 80 yaşında keçinib. Onun dəfn mərasimində iştirak etmək üçün dünyanın hər yerindən tanınmış kriminal aləm üzvləri Ermənistana yollanıb. Onlar "Vzqo"nun dəfnində iştirak etmək üçün Ermənistanın paytaxtı İrəvan şəhərinə gedəcəklər.
Qeyd edək ki, Erəminstan qanunlarına görə, orada kriminal aləmin üzvləri təqib olunmurlar. Onlar Ermənistanda məsuliyyətdən tam azaddırlar. Bu səbəbdən də, Ermənistanda avtoritetlər və "qanuni oğrular"ın sayı çoxdur. Onlar arasında Merab Kalaşov və Vitali Avdiyan kimi məşhurlar da var. Oğru aləminin rahat yaşaması üçün şərait olduğuna görə, məşhur avtoritet "Şakro" da düncəlməyə İrəvana gəlir. Ziya Babayev BAKU.WS
Oxşar xəbərlər
"Lotu Quli"nin titul verdiyi "qanuni oğru" həbsxanada özünü asdı
Rusiyanın Çerdınski rayonun Nırob qəsəbəsində yerləşən 11 saylı islahedici koloniyada "qanuni oğru” asılmış vəziyyətdə tapılıb. BAKU.WS-in məlumatına görə, na...