Tennis məşqçilərinin akkreditasiya proqramının ikinci moduluna start verilib
Azərbaycan Tennis və Padel Federasiyasının təşkilatçılığı ilə Bakı Tennis Akademiyasında yerli tennis məşqçiləri üçün keçirilən akkreditasiya proqramının ikinci moduluna start verilib.
BAKU.WS-in məlumatına görə, Xorvatiyadan dəvət olunmuş məşqçinin rəhbərliyi ilə keçirilən səkkizgünlük proqramda 20 yerli tennis məşqçisi iştirak edir.
Nəzəri və praktiki məşğələlərdən ibarət proqram məşqçilərin peşəkar bilik və bacarıqlarının təkmilləşdirilməsinə, müasir təlim metodlarının mənimsənilməsinə və məşq prosesində tətbiqinə yönəlib.
Ümumilikdə altı moduldan ibarət olan akkreditasiya proqramının birinci modulu artıq yekunlaşıb. Hazırda keçirilən ikinci moduldan sonra iştirakçılar növbəti dörd modul üzrə hazırlıqlarını davam etdirəcəklər.
Proqram Azərbaycanda tennis məşqçilərinin peşəkar inkişafına və yerli tennisçilərin hazırlıq səviyyəsinin yüksəldilməsinə dəstək məqsədi daşıyır.
Qalereya
Oxşar xəbərlər
Bakıda keçiriləcək ilk FIFA U-15 Dünya Çempionatına hazırlıq işləri yüksək səviyyədə davam edir
Dünyada idman ölkəsi kimi böyük nüfuza malik Azərbaycan cari ilin 22–30 oktyabr tarixlərində növbəti beynəlxalq turnirə ev sahibliyi etməyə hazırlaşır. Tarixdə...