Şəhidimizin adını daşıyan gəmi Qara dənizdə dronla vurulub, ölənlər var

Şəhidimizin adını daşıyan gəmi Qara dənizdə dronla vurulub, ölənlər var
Hadisə 91

Qara dənizdə Rumıniyanın ərazi sularından kənarda hərəkətdə olan gəmi dron hücumuna məruz qalıb.

BAKU.WS xəbər verir ki, "Reuters" hadisənin "Royad Mammadov" adlı gəmidə baş verdiyini yazıb.

Məlumata görə, insident nəticəsində gəmidə olan 11 nəfər xilas edilib, iki nəfərin isə həyatını itirdiyi bildirilir. Daha 13 nəfərdən xəbər yoxdur.

Hazırda itkin düşən şəxslərin tapılması istiqamətində axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

İlkin və hələlik təsdiqlənməmiş məlumatlara əsasən, gəminin Türkiyəyə məxsus olduğu və taxıl yükü daşıdığı bildirilir.

Hadisənin hansı istiqamətdən həyata keçirildiyi və gəminin dəqiq sahiblik statusu ilə bağlı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, 2022-ci ildə gəmiyə 44 günlük Vətən müharibəsi şəhidi Röyad Məmmədovun adı verilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər