Bakıda güclü partlayış; Ər və arvad ağır vəziyyətdə xəstəxanaya aparıldı

Bakıda güclü partlayış; Ər və arvad ağır vəziyyətdə xəstəxanaya aparıldı
Hadisə 2658

Bu gecə Bakıda 2 nəfər ağır yanıq xəsarətləri ilə xəstəxanaya gətirilib.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, gecə yarısı 1968-ci il təvəllüdlü Çıraqzadə Asif Knyaz oğlu ilə həyat yoldaşı, 1979-cu ildə anadan olmuş Çıraqzadə Pərvanə Müzəffər qızı baş və üz nahiyyəsinin, eləcə də bədəninin yuxarı hissəsinin yanığı xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə daxil olub. Xəsarətləri ağır olduğundan hər iki şəxs reanimasiyaya yerləşdirilib.

Məlum olub ki, Asif Çıraqzadə və həyat yoldaşı Neftçi Qurban küçəsindəki mənzillərində olarkən binanın blokuna qaz sızıb. Bu səbəbdən blokda güclü partlayış olub və onlar yanıq xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır. 

BAKU.WS

Oxşar xəbərlər

Siqaret çəkmək istədi, evi partladı

Siqaret çəkmək istədi, evi partladı

Bu gün səhər saatlarında Şəmkirdə yaşayış evində partlayış olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb. K...

1718 Hadisə 12:25 28 may 2017

Son xəbərlər