Bakıda kanalizasiya quyusu partladı: nazirlik işçiləri yandı

Bakıda kanalizasiya quyusu partladı: nazirlik işçiləri yandı
Hadisə 1689

Bakının Badamdar qəsəbəsində partlayış baş verib.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, Badamdar yolu 5 ünvanının qarşısındakı kanalizasiya quyusunda olan kabellərə texniki baxış keçirilən zaman quyuda yığılmış metan qazı partlayıb. Nəticədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" İB-nin mühəndisləri - 1963-cü il təvəllüdlü Qasımov Namik Mirzə oğlu və Kazımov Fərman Ziyad oğlu yanıq xəsarətləri alıblar.

Hər iki şəxsə təcili tibbi yardım göstərilib. Vəziyyəti daha ciddi olan Fərman Kazımov Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda dəhşətli hadisə: 2 yaşlı uşaq qaynar qazana düşdü

Azərbaycanda dəhşətli hadisə: 2 yaşlı uşaq qaynar qazana düşdü

Azərbaycanda 2 yaşlı uşaq yanıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Füzuli rayonunda qeydə alınıb. Rayona qonaq gedən Bakı şəhər sakini, 2014-cü i...

1298 Hadisə 11:17 30 noyabr 2016

Son xəbərlər