Balakən sakini ağacdan yıxılıb

Balakən sakini ağacdan yıxılıb
Hadisə 1064
 

Balakən sakini ağacdan yıxılaraq ağır xəsarət alıb.

Balakən Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün axşam saat 19 radələrində rayonun Mazımqara kənd sakini, 1953-cü il təvəllüdlü Sədullah Musayeviç Musayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya daxil olub.

Müayinə zamanı məlum olub ki, 64 yaşlı S. Musayev yaşadığı ünvanda gilas yığan zaman ağacdan yıxılıb. Döş qəfəsinin küt travması, 5-6 və 7-ci qabırğaların sınığı diaqnozu qoyulan Sədullah Musayevin müalicəsi cərrahiyə şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Qaynayan qazan 21 yaşlı qızın üstünə aşdı

Qaynayan qazan 21 yaşlı qızın üstünə aşdı

Balakən sakini bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb. BAKU.WS xəbər verir ki, Balakən Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə,...

1046 Hadisə 22:49 26 may 2017

Son xəbərlər