Gədəbəydə ər və arvad yanıq xəsarətləri alıb

Gədəbəydə ər və arvad yanıq xəsarətləri alıb
Hadisə 687
Gədəbəy rayonunda 2 nəfər şəxs ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb."Report"un Qərb bürosunun məlumatına görə, rayonun Turşusu kəndində 1985-ci il təvəllüdlü yerli sakin Samir Məmmədov evindəki qaz sobasını yandıran zaman ehtiyatsızlığa yol verib və nəticədə alov sobadan kənara yayılıb.Bu zaman özü və sobanın yaxınlığında olan 1995-ci il təvəllüdlü həyat yoldaşı İlahə Məmmədova əl və üz nahiyələrindən müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.Faktla bağlı araşdırma aparılır.Bundan əvvəl Samuxda yarımstansiyada yüksək gərginlikli elektrik xətlərinin texniki təmizliyi zamanı ehtiyatsızlıqdan baş verən qısapanma nəticəsində bir nəfər yanıq xəsarətləri alaraq ölüb.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda güclü partlayış - xəsarət alanlar var

Azərbaycanda güclü partlayış - xəsarət alanlar var

Samux rayonunda elektrik yarımstansiyasında partlayış olub."Report"un Qərb bürosu xəbər verir ki, partlayış zamanı xəsarət alanlar var. Yaralılar Gəncə Şəhər Tə...

2513 Hadisə 11:46 14 noyabr 2018

Son xəbərlər