Müəllim özünü yandırdı – Azərbaycanda
10
avq
2018
14:41
Samux rayon sakini ağır dərəcəli yanıq xəsarətləri alıb.BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə rayonun Qovlarsarı kəndində qeydə alınıb.Belə ki, həmin kəndin sakini, 1941-ci il təvəllüdlü Həsən Qəzənfər oğlu Yusifov üzəri alovlanmış vəziyyətdə yaşadığı evin həyətindən küçəyə çıxıb.Ətrafdakıların köməyilə alov söndürülüb və H.Yusifov xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. H.Yusifovun özü-özünü yandırdığı ehtimal olunur.Onun kənd təsərrüfatı üzrə elmlər namizədi olduğu və əvvələr universitetlərin birində müəllim işlədiyi bildirilir.Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda müəllim direktoru döyüb xəstəxanalıq etdi
Ağsu rayonunda müəllim işlədiyi məktəbin direktorunu döyüb. "Report"un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Ləngəbiz kəndində baş verib.Belə ki, Ağsu ra...