SON DƏQİQƏ: "Bolmart"da partlayış - Bir nəfər yandı

SON DƏQİQƏ: Bolmartda partlayış - Bir nəfər yandı
Hadisə 13822
Gəncədə marketlərdən birində partlayış baş verib. BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə hadisə Şah İsmayıl Xətair prospektində yerləşən "Bolmart"da baş verib.Nəticədə marketdə kürəçi işləyən 1987 ci il təvəllüdlü Məmmədov İman Namiq oğlu ağır yanıq xəsarətləri alıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.Hadisənin qaz balonunun partlaması nəticəsində baş verdiyi ehtimal edilir.Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin rəsmiləri eləcə də polis əməkdaşları cəlb olunub.Təfərrüatlar araşdırılır.

Oxşar xəbərlər

Son xəbərlər