Azərbaycanda yanacaqdoldurma məntəqəsində güclü partlayış: Yaralılar var (FOTO)

Azərbaycanda yanacaqdoldurma məntəqəsində güclü partlayış: Yaralılar var (FOTO)
Hadisə 7221
Lənkəran rayonunda yanacaqdoldurma məntəqəsində partlayış olub.BAKU.WS-in məlumatına görə, "Report"un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Separadi kəndində baş verib.Hadisə nəticəsində yanacaqdoldurma məntəqəsinin sahibi, 1971-ci il təvəllüdlü Çingiz Qubad oğlu Allahverdiyev və onun işçisi 1991-ci il təvəllüdlü Əbülfəz Əbülfət oğlu Məmmədov 2-3 cü dərəcəli ağır yanıq xəsarətləri alıb.Onlar xəstəxanaya çatdırılıblar. Həkimlər yaralılardan birinin vəziyyətini ağır kimi qiymətləndiriblər. O, reanimasiyaya yerləşdirilib.BAKU.WS

Son xəbərlər