Ağcabədidə maye qaz doldurma məntəqəsində partlayış: 1 ölü, 1 yaralı

30
okt
2017
21:22
Ağcabədi rayonunda maye qaz doldurma məntəqəsində yanğın olub. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Boyad kəndində baş verib. İlkin məlumata görə, çənə qaz vurulan zaman partlayış baş verib, yanğın başlayıb. Hadisə nəticəsində ağır xəsarət alan iki nəfər xəstəxanaya çatdırılıb. Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.BAKU.WS

Oxşar xəbərlər
Kiyevdə PARTLAYIŞ: Ölən və yaralanan var
Ukraynanın paytaxtında partlayış olub. BAKU.WS xəbər verir ki, hadisə Kiyevin mərkəzində Bessarabskaya meydanının yaxınlığında baş verib. Partlayış nəticəsində...