Bakıda baş verən böyük partlayışla bağlı rəsmi açıqlama
Bakıda qaz kəmərində partlayış baş verməsi nəticəsində xəsarət alan olmayıb.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.
Məlumatda bildirilib ki, hadisə qaz kəmərinin Bakı-Ələt yolunun 43-cü kilometrliyində, dağlıq ərazidən keçən hissəsində qeydə alınıb. Əraziyə FHN-in 5 yanğınsöndürən texnikası cəlb edilib.
Məlumata görə, əvvəlcə partlayış müşahidə edilib, daha sonra yanğın olub.
"Hadisə yaşayış məntəqələrinə yaxın ərazidə qeydə alınmadığından, xəsarət alan və ya təxliyyə olunan olmayıb", - FHN-dən bildirilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda böyük partlayış olub: yanğın başlayıb (VİDEO)
Bakıda qaz kəmərində partlayış olub. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə Bakı-Ələt yolunun 43-cü kilometrliyində qe...