Bakıda metro yaxınlığındakı güclü partlayışla bağlı yeni xəbər (FOTO)

Bakıda metro yaxınlığındakı güclü partlayışla bağlı yeni xəbər (FOTO)
Hadisə 4788

 

Bakıda partlayış olub. Hadisə Yasamal rayonu, İnşaatçılar prospekti 100 ünvanında- "Xalq bank"ın yaxınlığında qeydə alınıb.

Yasamal rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, partlayış avtomobil qarajlarından birində bu gün səhər saatlarında qeydə alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, yaxınlıqdakı digər qarajlara və ərazidəki avtomobillərin bəzilərinə ciddi zərər dəyib.

Hadisəyə ilkin ehtimal qaz sızması göstərilir, lakin daha dəqiq səbəblərini müəyyənləşdirmək üçün hüquq-mühafizə orqanları və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazini nəzarətə götürüb. Hazırda hadisə yerində araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda metro yaxınlığında güclü partlayış (FOTO)

Bakıda metro yaxınlığında güclü partlayış (FOTO)

Bu gün səhər saat 9.00-da "Xalq bank”ın anbarında gückü partlayış baş verib. BAKU.WS-in xəbərinə görə, məlumatı ann.az saytı yayıb. Məlumata əsasən, hazırda...

12113 Hadisə 09:35 24 aprel 2016

Son xəbərlər