Göyçayda evdə partlayış: yaralı var

Göyçayda evdə partlayış: yaralı var
Hadisə 1193
Göyçayda evdə partlayış olub.APA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 15:00 radələrində Göyçayın Kürd kəndində qeydə alınıb. Fərdi yaşayış evində qaz sızması səbəbindən baş verən partlayış zamanı 1966-cı il təvəllüdlü Zərbəliyev Məhəmməd Şəmi oğlu və həyat yoldaşı 1975-ci il təvəllüdlü Zərbəliyeva Yeganə Akif qızı ağır yanıq xəsarətləri aldıqları üçün təcili yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.Y. Zərbəliyevanın vəziyyətinin ağır olduğu bildirilir.Hadisə yerinə FHN-in Dövlət Yanğına Nəzarət Xidmətinin və Göyçay rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbi araşdırılır.Faktla bağlı araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda dəhşətli partlayış - Təzyiq qadını evdən çölə atdı

Azərbaycanda dəhşətli partlayış - Təzyiq qadını evdən çölə atdı

Şəmkirdə yaşayış evində partlayış olub.Rayonun Zəyəm Cırdaxan kəndində kənd sakini, 1972-ci il təvəllüdlü İskəndərli Məhbubə Nəriman qızı yaşadığı evdə qaz soba...

3028 Hadisə 11:19 13 noyabr 2017

Son xəbərlər