Toya gələn şəxs 8 metr dərinliyində quyuya düşərək öldü
06
iyl
2019
15:00
Gəncə şəhərinə toya gələn şəxs bədbəxt hadisə nəticəsində ölüb. BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən, Göyçay rayonundan Gəncə şəhərinə toya gələn 1971 ci il təvəllüdlü Gülməmmədov Aslan Yolçu oğlu 8 metr dərinliyində quyuya düşməsi nəticəsində ölüb. Hadisə gecə saatlarında Goranboy rayonunun Borsunlu kəndində qeydə alınıb. Sözügedən ərazidə Aslan Gülməmmədovun avtomobilinin yanacağı bitib. O, yanacaq almaq üçün bir neçə metr irəliləyib və dərin quyuya düşüb. Bir müddət axtarışdan sonra təsadüfən tapılan A. Gülməmmədov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq yaralı dünyasını dəyişib.Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Uşaq doğuşdan sonra öldü
Gəncədə uşaq doğuşdan sonra dünyasını dəyişib.BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə şəhərində doğuşdan sonra yenidoğulan körpə dünyasını dəyi...