18 yaşlı gənc borca görə dostunu bıçaqladı

18 yaşlı gənc borca görə dostunu bıçaqladı
Hadisə 651
Şəmkirdə qeydə alınan bıçaqlanma faktının bəzi detalları məlum olub.BAKU WS-in bölgə muxbirinin verdiyi məlumata görə 1998 ci il təvəllüdlü Malik Abdullayev şəxsi münasibətlər zəmnində tanışı 2001 ci il təvəllüdlü Əmir Abdullayev tərəfindən bıçaqlanıb.Yaralının kürək nahiyyəsindən iki bıçaq zərbəsi aldığı deyilir.BAKU WS-in bölgə muxbirinin əldə etdiyi ilkin məlumata görə, hadisə borc üstündə baş verib.Belə ki,18 yaşlı Ə.Abdullayevin M.Abdullayevə borcu olub.Tərəflər arasında yaranan mübahisə zamanı Ə.Abdullayev Malikin kürək nahiyyəsinə iki bıçaq zərbəsi vurub və ərazidən uzaqlaşıb.Yaralı ilk olaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına, daha sonra vəziyyəti ağırlaşdığından Gəncə şəhərindəki özəl xəstəxanalardan birinə gətirilib.Şəmkir rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə təqsirli bilinən Ə.Abdullayev tutularaq istintaqa təhvil verilib.Faktla bağlı araşdırmalar davam edir.

Oxşar xəbərlər

Son xəbərlər