Baldızı öldürən şəxsə hökm oxundu - VİDEO

Baldızı öldürən şəxsə hökm oxundu - VİDEO
Foto Video
Hadisə 321

Sumqayıt şəhərində baldızını öldürən şəxsə hökm oxunub.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmiryol Stansiyası, 92A saylı fərdi evin giriş qapısından 2 metr sağ tərəfdə, iki pillədən ibarət pilləkənin tamet döşəməsində, konturları aydın seçilməyən, evə daxil olduqda döşəmə üzərində, sanitar qovşağın ağ rəngli plastik materialdan olan qapısında xırda ölçülü qan ləkələri aşkar edilib.

Araşdırma zamanı məlum olub ki, çoxsaylı bıçaq xəsarətləri alan Ramilə Quliyeva (1986-cı il təv.) TTY xəstəxanasına aparılıb və əməliyyat olunub.

Onun nənəsi Minayə Quliyeva (1937-ci il təv.) hadisənin şahidi olub. Gözünün qarşısında baş verənlərə dözməyən qadının ürəyi dayanıb və o, hadisə yerində ölüb.

Sumqayıt şəhər prokurorluğunda CM-nin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb. Ayın 10-da Anar Əlizadə polis idarəsinə gələrək təslim olub.

İyulun 11-i saat 10:20-də Ramilə Quliyeva xəstəxanada vəfat edib. Bu səbəbdən Anar Əlizadənin əməli CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Ramilə Quliyevanın ölümünə xarici və daxili qanitirmə nəticəsində baş vermiş şok səbəb olub.

İş üzrə dindirilmiş Anar Əlizadə bildirib ki, 2016-cı ildə Aytac Quliyeva ilə ailə qurduqdan sonra Sumqayıt şəhərində müxtəlif ünvanlarda kirayədə yaşayıblar.

Nikahlarından 3 övladı anadan olub. Həmin il oğurluq etdiyinə görə məhkəmənin hökmü ilə 400 manat cərimə cəzasına məhkum olunub.

Sonradan qanunda edilmiş dəyişikliklərlə əlaqədar cinayət məsuliyyətindən və cəzadan azad edilib. Baldızı Ramilə Quliyeva ilə münasibəti həmişə pis olub.

Belə ki, o, təxminən 1 il əvvəl müxtəlif narkotik vasitələrdən istifadə etməyə başlayıb, son 3-4 ayda daha ağır narkotik vasitələr qəbul edib. Buna baxmayaraq, həyat yoldaşı ilə heç vaxt mübahisəsi olmayıb, ona qarşı fiziki güc tətbiq etməyib.

Lakin Aytacın ailə üzvləri, xüsusilə də bacısı narkotik vasitələrdən istifadə etdiyini öyrəndikdən sonra ona qarşı pis münasibət bəsləməyə başlayıblar. Ramilə onu Aytaca pisləyərək boşanmağa təhrik edib, ailədaxili məsələlərinə müdaxilə edib.

Hadisədən bir neçə gün əvvəl baldızı həyat yoldaşını və övladını, habelə evdə olan əşyalarını götürərək atasının evinə aparıb. Dəfələrlə ailəsini görmək istəsə də, Ramilə buna icazə verməyib. Aytac evdən getməmişdən əvvəl, onun mobil telefonuna proqram yazıb və bütün danışıqlarını eşidib.

Proqramı, yoldaşını nəzarətdə saxlamaq məqsədi ilə yazıb. Həmin danışıqlarda Ramilə Aytaca onun narkoman olduğunu, onu unutmağını və boşanmalı olduğunu deyib. Bu da onu qəzəbləndirib, hesab edib ki, ailəsinin dağılmasında əsas günahkar Ramilədir.

Buna görə də onu öldürmək qərarına gəlib. Ayın 9-da inyeksiya yolu ilə narkotik vasitə qəbul etdikdən 4-5 saat sonra niyyətini qətiləşdirib, Ramilənin yaşadığı evə yollanıb. Darvazanın açıq olduğunu görüb, həyətə girib, amma qapıya yaxınlaşanda qapının kilidinin bağlı olduğunu görüb.

Qulağını qapıya söykəyib, övladlarının evdə olub-olmadıqlarını dəqiqləşdirmək istəyib. Bir neçə dəqiqədən sonra Ramilə zibillə dolu sellofanı qapının yanına qoymaq istəyəndə o, icazəsiz evə daxil olub.

Dəhlizdə mübahisə etməmək üçün qonaq otağına keçib. Ramilə kobud şəkildə evi tərk etməyini tələb edib. Övladlarını görmək istədiyini söylədikdə baldızı uşaqlarını ona göstərməyəcəyini və bacısının ondan boşanacağını bildirib. Həmin vaxt onun 2 yaşlı övladı qonaq otağında döşəmədə oturub.

Baldızının dəhlizlə getdiyini görüb, onun qonşuları çağıracağını düşünüb. Əlində bıçaqla arxasınca gedərək Ramliyə çoxsaylı bıçaq xəsarətləri yetirib. Zərbələr vurarkən barmaqları kəsildiyindən bıçaq yerə düşüb həmin an yaralı qonşuları köməyə çağırıb.

Bundan sonra Anar Əlizadə qorxduğundan evdən qaçaraq təxminən 1 kilometr aralıda, gecə qamışlıq ərazidə yatıb. Saat 12 radələrində 4-cü mikrorayonda yaşadığı evə gəlib, atasına törətdiyi cinayət barədə xəbər verib və onunla birlikdə Sumqayıt ŞPİ-nə gedərək təslim olub.

Onun sözlərinə görə, baldızı ilə mübahisəsini və onu bıçaqlamağını heç kəs görməyib. Bıçağı hadisədən sonra qamışlıq ərazidə atıb.

Təslim olmağa gedərkən atasına bıçağı atdığı yeri bildirib, atası da ora yollanıb, kəsici aləti tapıb prokurorluğa təhvil verib. Ramilə Quliyevanı bıçaqlayarkən Minayə Quliyeva evdə olmayıb, onun darvazanın önündə olduğunu görüb və yanından keçib, qaçıb.

Zərərçəkmiş şəxsin hüquqi varisi Şükufə Quliyeva ifadəsində göstərib ki, kürəkəni Anar Əlizadəyə hər zaman maddi dəstək göstərib. Lakin son bir ildə narkotik aludəçisi olduğundan və qızını ondan ayırmaq qərarına gəlib.

Şahid Aytac Əlizadə ifadəsində göstərib ki, 2016-cı ildə Anar Əlizadəyə qoşularaq qaçıb. Həmin il rəsmi nikaha daxil olublar.

İkinci oğlu dünyaya gəldikdən sonra yoldaşının narkotik vasitələrə qurşandığını hiss edib. Belə ki, Anar bütün günü yuxulu və huşsuz vəziyyətdə gəzib, normal danışa bilməyib.

Əri ondan xəbərsiz evdəki qızıl-zinyət və məişət əşyalarını aparıb sataraq pulu narkotikə verib.

Son vaxtlar dəfələrlə Anarı ayaqyolunda şprislə narkotik vasitə qəbul edərkən tutub, bu zəmində mübahisə edərkən yoldaşı onu döyüb, son 2 ayda ümumiyyətlə ona ailə üzvləri ilə ünsiyyət yaratmasına mane olub.

Hadisədən bir neçə gün əvvəl Tağıyev qəsəbəsində kirayəyə ev tutaraq, ora köçüblər. Əri işsiz olub, evə bütün bazarlıqları onun valideynləri və bacısı edib.

Anar ondan xəbərsiz anasının verdiyi qızıl əşyaları lombarda qoyub pul götürüb, televizoru və 2 telefonu satıb. Bununla bağlı 1-ci PB-yə də şikayət ediblər, həmin vaxt Anarın valideynləri televizoru alıb, qaytarıblar. Hadisədən bir müddət əvvəl uşaqları ilə birlikdə Ramilənin və valideynlərinin yaşadığı evə köçüb.

Yoldaşı bir dəfə gəlib, övladları ilə evin qarşısında görüşüb. Hadisədən bir neçə gün əvvəl Anar ona hazırda istifadəsində olan (“Redmi 8”) mobil telefonu gətirib, verib.

Sonradan öyrənib ki, ərinin məqsədi onu izləmək və danışıqlarına qulaq asmaq olub. Anar ona və Ramiləyə zəng edərək övladları ilə birgə evə qayıtmayacağı təqdirdə onları öldürəcəyini bildirib.

İyulun 9-u saat 20 radələrindən anası, qardaşı, bacısı Kamilə uşaqlarla birgə dəniz kənarına gediblər. Bu zaman qonşuları zəng edərək Anar evə gələrək Ramiləni bıçaqladığını söyləyib.

Ramilə Quliyeva evin böyük övladı olduğundan həmişə onları qoruyub. Həqiqətən də, ondan Anardan boşanmağını xahiş edib, o da özü öz istəyi ilə ərindən boşanmaq istəyib.

Məhkəmə-narkoloji ekspertizasının rəyində göstərilib ki, Anar Əlizadədə tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən “narkomaniya” xəstəliyi aşkar olunub. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var.

Məhkəmə iclasında Anar Əlizadə ittiham üzrə özünü qismən təqsirli bilərək törətdiyi əmələ görə peşman olduğunu qeyd edib.

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilməsini xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Əlizadə 18 il 2 ay müddətinə azadlıqdan məhrum olunub.

Oxşar xəbərlər

Son xəbərlər