Azərbaycanda dəhşətli cinayət - Cinsi əlaqədə olduğu sələmçi qadını qətlə yetirdi - VİDEO
2018-ci il sentaybrın 13-də Sumqayıt ŞPİ, 2-ci polis bölməsi və şəhər prokurorluğunun əməkdaşları H.Zeynalabdın qəsəbəsi, S.Vurğun küçəsi, 1 ünvanında yerləşən yataqxanananın 10 nömrəli mənzilində, mətbəx otağında uzanıqlı vəziyyətdə zorakılıq əlamətləri ilə 1952-ci il təvəllüdlü Minayə Həsənlinin meyitini aşkar ediblər.
BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, hadisə yerinə baxış zamanı, mətbəxdə qab-yuyan şkafın arxasında üzərində qanabənzər ləkələr olan bir ədəd bıçaq tapılıb.
Şəhər prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Minayə Həsənlinin ölümünə aldığı çoxsaylı yaraların törətdiyi kəskin qanitirmə səbəb olub.
İstintaq-əməliyyat yolu ilə əldə edilmiş məlumat əsasında şübhəli şəxs qismində şəhər sakini, əvvəllər məhkum olunan Rövşən Məmmədov tutulub.
İstintaqla müəyyən edilib ki, sentyabrın 10-da Rövşən Məmmədov yaşadığı Novxanı bağlar massivində gün ərzində bir neçə dəfə spirtli içki qəbul etdikdən sonra, əvvəllər əlaqədə olduğu Minayə Həsənli ilə növbəti dəfə görüşmək qərarına gəlib.
Saat 19 radələrində qadının yaşadığı H.Zeynalabdin qəsəbəsi, S.Vurğun küçəsi, ev 1 ünvanda yerləşən Kompressorlar zavodunun 1 №-li yataqxanasına gəlib. Mətbəx otağında aralarında baş vermiş mübahisə zamanı Məmmədov bıçaqla Həsənliyə ümumilikdə 17 ədəd xəsarət yetirməklə, zərərçəkmişi qəsdən həyatdan məhrum edib.
İş üzrə dindirilmiş Rövşən Məmmədov bildirib ki, 1990-cı ildə ailəsi ilə birlikdə Ağstafa rayonundan Bakı şəhərinə köçüb, Montin qəsəbəsində tikinti materialları bazasında fəhlə işləyib. 96-cı ildə işdən qayıdarkən arvadını kənar şəxslə yataqda tutduğundan, xəyanətə görə qadını qətlə yetirib.
Nərimanov rayon prokurorluğunda fakta görə cinayət işi başlanılıb. Gələcəkdə cinayət məsuliyyətindən yayınmaq üçün ölkəni tərk edib Rusiyada gizlənib, lakin bir müddətdən sonra saxlanılaraq istintaq orqanına təhvil verilib.
1997-ci ilin aprel ayında Nərimanov rayon məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum olunub. 2008-ci ildə azadlığa buraxılıb. 2012-ci ildə Gülşən Həsənova ilə ailə qurub, onun babasına məxsus Sumqayıt şəhəri, Kompressorlar zavodunun yataqxanasında yaşamaqla, ev təmiri ilə məşğul olub. Onlarla bir mərtəbədə, 10№i mənzildə Minayə Həsənli yaşayıb.
Qadın sələmə pul verməklə məşğul olub, хоflu olduğundan qonşular onun şər və böhtanından uzaq olmaq üçün ona baş qoşmayıblar. Minayə verdiyi 100 manat borc üçün hər ayın tamamında 10 manat sələm alıb, həmin şəxs borcunu gecikdirdikdə, zəng edib və ya yaşadığı ünvana gedərək, pulunu və sələmini alıb.
Rövşən təxminən 3-4 il əvvəl Minayədən 100 manat sələmə pul alıb, borcunu qaytara bilmədikdə, Minayə bunun müqabilində evində bəzi təmir işləri aparmaqla bunu əvəzləşdirməyə razılaşıb. 2015-ci il ilin əvvəllərində spirtli içki qəbul etdikdən sonra qarşılıqlı razılıq əsasında onunla cinsi əlaqədə olub. 2016-cı ilin yayında arvadı növbəti ailə münaqişəsindən sonra atasının evinə qayıdıb, o isə Novxanıda, Surxay Zülfüqarovun bağ evində kirayədə yaşayıb, fəhləlik edib.
Yataqxanadan köçsə də Minayə ilə münasibətini kəsməyib. Qadının mənzilinə gedib-gəlib. Minayənin oğlanları onun usta, anasının isə nəvə sahibi olduğunu nəzərə alıb şübhələnməyiblər.
2018-ci il sentyabrın 10-da 30 saylı şəhərdaxili marşrut avtobusla yataqxanaya yollanıb, qadını həyətdə, qarajın qarşısında səki üzərində oturduğunu görüb.
Minayə içkili olduğunu hiss edib, acıqlı tərzdə nəyə görə gəldiyini soruşub. 1-2 dəqiqə söhbət etdikdən sonra yuxarı qalxıblar. Mətbəxdə aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Ünvanına söyüşlər işlədən qadın mətbəx mebelinin üzərində olan bıçağı götürüb, ondan evi tərk etməyi tələb edib. Həsənlinin nalayiq ifadələrindən qəzəbələndiyi üçün yumruqla onun sağ qolundan vurub, bıçağı yerə salıb.
Əlindən çıxmağa imkan verməyib, onu soyuducuya doğru itələyib sol böyrü üstə divara sıxaraq bədəninə zərbələr endirməyə başlayıb.
Yetirdiyi xəsarətlərin 6-7-ni xatırlasa da, sonrakı zərbələrin sayını itirib. Kimlərinsə gəlib onu ifşa edə biləcəyindən ehtiyatlanıb, tez öldürmək üçün zərbələri sürətləndirib. Minayə başı soyuducuya doğru olmaqla yerə yıxılıb, qalan xəsarətləri ona yerdə yetirib.
Həsənlinin artıq öldüyünü görüb, bıçağı qab yuyan şkafın arxasına atıb, döşəmədən evin açarlarını götürüb. Mebelin rəflərindəki qab-qaşığın içərisində, paltar yığılan şkafda axtarış aparıb, lakin heç nə tapmayıb. Açarları mənzilin girişində, dəmir asılqandan asaraq oradan çıxıb.
Saat 21-də avtobusa minib şəhər kolxoz bazarına, oradan isə Novxanıya qayıdıb. Artıq əməlindən peşman olub, törətdiyi hadisə barədə heç kimə məlumat verməyib.
Həmin gündən sonra qorxudan evdən çıxmayıb, ayın 17-də polis əməkdaşları gəlib onu Sumqayıt ŞPİ-nə aparıblar.
Orada Minayə Həsənlini qətlə yetirdiyini etiraf edib, hadisə vaxtı əynində olan paltarlarını, istifadə etdiyi mobil telefonu təqdim edib.
Zərərçəkmiş şəxsin hüquqi varisi Şamil Səfərov ifadəsində göstərib ki, Minayə Həsənli onun anasıdır. Hadisədən 1 il əvvəl anasının sələmə pul verdiyini eşidib, bu əməllərindən çəkindirməyə çalışsa da, buna nail ola bilməyib.
Minayə Həsənlinin sələmə pul verdiyi şəxsləri tanımayıb, ünvanlarını, nömrələrini, pulun miqdarını və sələmin faizini bilməyib.
Söz düşəndə anası deyib ki, 200 manatdan artıq pul vermir, aldığı sələmin faizi onu gündəlik tələbatını ancaq ödəyir.
1-ci mərtəbədə yaşayan və ev təmiri ilə məşğul olan Rövşən Məmmədovu tanıyıb. Sonuncu yataqxanadan köçüb getsə də, tez-tez anasına baş çəkib.
Anasından onun nə üçün gəldiyini soruşduqda qadın deyib ki, Rövşən təmir işləri aparır. Sentyabrın 13-də həyat yoldaşı telefonuna zəng edib, anasının öldürüldüyünü xəbər verib. Ünvana gələrkən qadının meyitini mətbəxdə aşkar edib. Hadisənin hansı şəraitdə, kim tərəfindən törədildiyini istintaq materiallarından bilib.
Məhkəmə prosesində Rövşən Məmmədov ittiham üzrə özünü təqsirli bilməyərək qeyd edib ki, Minayə Həsənlini öldürməyib, cinayətin kim tərəfindən törədilməsi barədə məlumatı yoxdur və ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmir.
Məhkəmə hesab edib ki, təqsirləndirilən şəxsin prosesdə verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, həqiqəti əks etdirmir və məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Məmmədov (1967-ci il təv.) 14 il müddətinə azadlıqdan məhrum olunub.
Qalereya
Oxşar xəbərlər
Evli kişi 3 qızı zorla yatağa saldı – Bakıdakı cinayətin TƏFƏRRÜATLARI
Bakıda zorlama, seksual xarakterli zorakılıq hərəkətləri etməkdə, şantaj, quldurluq və soyğunçuluq cinayətləri törətməkdə təqsirli bilinən Astara rayon sakini,...