2018-ci ildə ölkəni silkələyən hadisələr – VİDEO
21
dek
2018
11:37
Artıq ilin sonuna az qalıb. Təxminən bir həftədən sonra 2018-ci il bizim üçün tarixə çevriləcək. Bəs bu il ölkəmizdə hansı cinayət və hadisələrlə yadda qalıb?BAKU.WS xəbər verir ki, 2018-ci il bizim üçün hansı cinayətlərlə yadda qalıb? Bu ilin ilk ayında baş verən cinayət hadisəsi hələ də müzakirə mövzusudur. Kürəkən cinsi əlaqədə olarkən qaynanasını öldürdüBu ilin yanvarında cinsi əlaqə zamanı qaynanasını öldürən Cavad İbrahimovun cinayət işi ən yadda qalan hadisələrdəndir. Hadisə yanvarın 10-da Yasamal rayonu Qanlı göl ərazisində həyət evində baş verib. Yayılan məlumata görə, qadın kürəkəni ilə qeyri-ənənəvi halda cinsi əlaqədə olarkən onda qıcolma baş verib.
Bu vaxt qadın dişləri ilə kürəkəninin cinsi orqanına dişləyib. Kişi də qaynanasının dişlərindən xilas olmaq üçün onun başına vurub. Məhz zərbənin təsirindən qadın dünyasını dəyişib. 15 ilə yaxındır ki, Ağdaşdan Bakıya gələrək müxtəlif tikinti şirkətlərində fəhləliklə məşğul olub. Ailəsi ilə birgə Yasamalda kirayə yaşayıb. Çox keçməyib ki, qaynanası N da onların yanına köçüb. Onların münasibəti də həmin dövrdən başlayıb. Kürəkən ilk ifadəsində hadisənin baş vermə səbəblərini gizlədib. O, yalandan məhkəməyə ifadə verib və qaynanasını əxlaqsız təklif etdiyi üçün öldürdüyünü deyib. Fevral ayında nənənin nəvəsini öldürməsi də böyük səs-küyə səbəb olub. Nənə nəvəsini qətlə yetirdi1980-ci il təvəllüdlü, Tovuz rayon sakini Xatirə Mehdiyeva 7 fevral 2018-ci il tarixdə, səhər saat 09:00 radələrində qızı Nübar Babayevanın yeni doğulmuş uşağına yaşadıqları Xırdalan şəhəri, “Kristal Abşeron” yaşayış kompleksi, bina 5A, mənzil 15 ünvanında yerləşən qonaq otağında yemək verib. Sonra isə, o, divanın qarşısında yerə oturaraq ayaqlarının üstündə uşağı yatırtmaq istəyib. Ancaq uşaq yatmayaraq ağlamaqda davam edib. Nənə nəvəsinin ağlamasından əsəbiləşib və əsəbi halda ayağa qalxıb, özü də bilmədən uşaq ayaqlarının üstündən döşəməyə yıxılıb. Körpə təxminən beş dəqiqə üzü üstdə yerdə uzanmış halda qaldığından ölüb. Dayı bacısı qızını zorlayıbBu ilin əvvəlində Bakı şəhər sakini, azyaşlı Lalə Qafarovaya (ad, soyad şərtidir) qarşı dayısı 1993-cü il təvəllüdlü Babayev Ruslan Rafael oğlu tərəfindən dəfələrlə seksual xarakterli zorakılıq hərəkətləri edilməsi barədə məlumatlar yayılıb.
Yanvarın 19-da Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb. Bu il Naxçıvanda Azərbaycan Ordusu Ermənistan qüvvələrinin təxribatının qarşısını alarkən itirilmiş böyük bir ərazini ələ keçiribAzərbaycan ordusu 11 min hektar ərazini və 1 kəndi düşməndən azad etdi2018-ci ilin mayında düşmənin növbəti təxribatının qarşısının alınması zamanı Naxçıvan Muxtar Respublikası ərazisində aparılan Günnüt əməliyyatı zamanı Əlahiddə Ümumqoşun Ordusu müdafiə zolağının Vəlidağ, Kömürlüdağ istiqamətində Axsal dağı, Qızılqaya dağı, Yağargərdik dağı, Bağırsaq dağı və Həsənqulubağ sahəsində ön xəttin dövlət sərhədi boyu əlverişli mövqeləri ələ keçirib.Daha sonra Nərmin Şahmarzadə Milli Qəhrəmanın ailəsindən üzr istədi. Bununla da məsələnin qızışması səngidi. “Buta Palace”-ın art direktoru arvadını 5-ci mərtəbədən atdıDekabrın 10-da Bakıda dəhşətli cinayət hadisəsi baş verib. BAKU.WS-in eksklüziv məlumatına görə, gecə saat 3 radələrində Nəsimi rayon Polis İdarəsinə 21-ci polis bölməsindən 1988-ci il təvəllüdlü Bakı şəhəri Nəsimi rayonu, 381-ci məhəllə,
Rəşib Behbudov küçəsi, ev 65, mənzil 51 ünvanında qeydiyyatda olmaqla yaşayan Taxveli Adelya Azər qızının naməlum səbəbdən yaşadığı ünvanda 14 mərtəbəli binanın 5-ci mərtəbəsinin eyvanından yerə düşərək ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Qadının həyat yoldaşı Taxveli Ramiz Pərviz oğlunun avtomaşınına baxış zamanı 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5.647 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsullla hazırlanmış, qurudulmuş marixuana götürülüb. Qeyd edək ki, oktyabr ayında Türkiyədə öldürülən ərəb jurnalistin cinayət işi Azərbaycanda da böyük müzakirə obyekti olub və ajiotaj yaradıb.Qeyd edək ki, Camal Haşoqqinin oktyabrın 2-də sənəd almaq üçün İstanbulda yerləşən Səudiyyə Ərəbistanı konsulluğuna daxil olub və bir daha çıxmayıb.
Qərb mənbələri onun cəlladlar tərəfindən işgəncə ilə öldürüldüyünü yazırlar. Bildirilir ki, onu diri-diri doğrayıblar. İlk öncə onun barmaqlarını kəsiblər.“Washington Post” qəzetinin müxbiri Camal Haşoqqinin qətl əmrini verən şəxsin kimliyi açıqlanıb. İddia olunur ki, Haşoqqinin qətl əmrini Səudiyyə Ərəbistanının vəlihədi Məhəmməd bin Salman verib.
Ziya SƏCCAD
BAKU.WSOxşar xəbərlər
Bakıda qaynanası ilə cinsi əlaqə zamanı onu öldürən kürəkənin FOTOLARI
Bu ilin yanvarında cinsi əlaqə zamanı qaynanasını öldürən Cavad İbrahimovun fotoları yayılıb.BAKU.WS A24.Az-a istinadən xəbər verir ki, hadisə yanvarın 10-da Ya...