“Arvadı vuranda əri çarpayıda xoruldayırdı...” - Oğrunun dəhşətli zorakılığı

“Arvadı vuranda əri çarpayıda xoruldayırdı...” - Oğrunun dəhşətli zorakılığı
Hadisə 3982

Lənkəran şəhərində ər-arvadı öldürməkdə təqsirləndirilən 1980-ci il təvəllüdlü Fəqan Mikayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BAKU.WS “teleqraf.com”a istinadən xəbər verir ki, Fəqan Mikayılov 1937-ci il təvəllüdlü Aydın Allahverdiyevin ayrı-ayrı şəxslərə borc pul verməklə maddi imkanı yaxşı olan və yaşadığı evdə nağd pul saxlayan şəxs kimi tanıyıb.O, Aydın Allahverdiyev və onun 1943-cü il təvəllüdlü arvadı Azada Allahverdiyevanın yaşadığı evə məhz tamah məqsədi ilə basqın edib.Fəqan Mikayılov 2016-cı ilin noyabrın 21-də, gecə saat 3 radələrində onların yaşadığı evin pəncərə şüşəsini çıxartmaqla içəri girib. Otaqlardan birində pul axtarsa da, bir şey tapmayıb. Pəncərədən həyətə düşüb və yardımçı tikilinin altına yığılmış ağac parçalarından birini götürüb.Sonra yenidən pəncərənin şüşəsini çıxartdığı yerdən evə girib.Ər-arvada zorakılıqO, əlindəki odun parçası ilə Aydın Allahverdiyevlə Azada Allahverdiyevanın yatdığı otağa daxil olub. Ahıl yaşlı Aydın Allahverdiyev və arvadına zorakılıq göstərib.Azada Allahverdiyeva çağırılmamış "qonağ"ı görəndə həyatını qurtarmaq üçün qışqırmaq istəyib.Fəqan əlindəki ağac parçası ilə onun baş nahiyəsinə bir neçə zərbə endirib. Qadın aldığı xəsarətdən yerə yıxılaraq zarımağa başlayıb.Fəqan onun öləcəyinə tam əmin olub, otaqdakı çarpayıda yatmış Aydın Allahverdiyevə hücum edərək əynindəki paltarın yaxalığından yapışıb, ondan pul tələb edib.Yuxudan ayılan yaşlı kişinin fəryadıYuxudan ayılan Aydın Allahverdiyev də kömək məqsədilə qışqırmaq istəyib. Fəqan ağac parçası ilə ahıl kişini yataqda döyməyə başlayıb. Çoxsaylı xəsarət alan ər və arvad hadisə yerində ölüb.Fəqan Aydının əynindəki köynəyin sol cibindən cəmi 1000 manat pul tapıb.İstintaq orqanı tərəfindən Fəqan Mikayılovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə),120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə),120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək) maddələri ilə ittiham elan edilib."Anam məni evdən qovdu"Məhkəmədə ifadə verən Fəqan Mikayılov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Onun sözlərinə görə, arada gəzən söz-söhbətlərdən Aydının məhəllədə kiminsə pula ehtiyacı olanda borca pul verdiyini eşidib:"2016-cı ilin noyabrın təxminən 10-12-də özümü narkomaniyadan müalicə etdirmək üçün atamın evindən "LG" markalı televizoru götürdüm və tanımadığım şəxsə 135 manata satdım. Anam Dilşad bunu biləndə məni evdən qovdu.Həmin vaxtdan məhəllədəki Kifayət və Nəbi adlı ər-arvada məxsus sahibsiz evin hamamında yaşadım".Təqsirləndirilən şəxsin sözlərinə görə, 20 noyabr 2016-cı ildə haradan necə pul əldə edə biləcəyinin fikrini edib. Belə qərara gəlib ki, Aydının evinə oğurluğa getsin:"Noyabrın 21-də gecə Aydının həyətinə getdim. Təxminən 20 dəqiqə gözlədim, evin giriş qapısına baxanda qapının əl cəftəsinin yuxarı qalxmış halda olduğunu görüb qapının arxadan bağlandığını başa düşdüm.Evin axırıncı otağının şüşəsini özümlə gətirdiyim məftillə əyərək şüşəni çıxartdım, evə girdim. Əvvəl şifonerdəki iki çamadanı açdım, içərisinə baxdım. Çamadanlarda pul olmadığını gördüm.Sonra pianinonun yanındakı şifoneri açdım, paltarların ciblərinə baxdım, lakin pul tapmadım"."Alışqanın işığını Azadanın sifətinə saldım"Fəqan Mikayılovin ifadəsinə görə, Aydın və arvadı qarşı otaqda yatdıqları üçün fikirləşib ki, birdən oyanıb, onu görərlər: "Yenidən həyətə düşdüm. Divar tərəfdə odun parçaları yığıldığını gördüm. Odunlardan birini götürdüm ki, evi axtaranda Aydın və ya arvadı oyanıb, məni görsələr onları vurum.Yenidən pəncərənin şüşəsini çıxartdığım yerdən evə daxil oldum. Aydıngil yatan otağın qapısını açanda gördüm ki, Azada yerdə oturub, Aydın pəncərənin qabağındakı çarpayıda sakitcə yatıb.Əlimdə olan alışqanın işığını Azadanın sifətinə saldım. Azada qışqırmaq istədi. Onun qışqırmasına imkan vermədim, cəld yaxınlaşaraq odun parçası ilə başına bir və ya iki dəfə zərbə vurdum.Azada zarıyaraq otağın döşəməsində yerə yıxıldı. Aydın isə bərk yatmışdı, xoruldayırdı. Heç bir səs eşitmədi. Odunu yerə qoyub, iki əlimlə Aydının yaxasından tutdum.Aydın yuxudan ayılaraq qışqırmaq istədi. Ona "qışqırma, 5-10 manat ver, elə bil, sədəqə verirsən, çıxım gedim" dedim. Aydın isə "vay dədə" deyərək zəif səslə qışqırdı"."Cibini eşəndə kağıza bükülmüş pul çıxartdım"Fəqan Mikayılov qeyd edib ki, təkrar Aydına "qışqırma, səni öldürməyəcəm, pul ver, gedim" söyləyib: "Ancaq qışqırmağa davam etdi. Fikirləşdim ki, onun səsinə kimsə gələcək.Bu səbəbdən Aydına daha qışqırmağa imkan vermədim, odun parçasıyla çarpayıda uzandığı yerdə başından iki güclü zərbə vurdum. Aydının səsi kəsildi, daha qışqırmadı.Yaxasından tutanda hiss etdim ki, əynindəki köynəyin sol döş cibində nəsə pula bənzər şey var. Cibi axtardım, dartanda düyməsi də qopdu. Cibdən kağıza bükülü pul çıxartdım.Pulu cibimə qoydum, kağızı da yerə atdım. Odun parçası əlimdə, gəldiyim arxa otağın pəncərə yerindən həyətə düşdüm. Sonra sağa-sola boylanaraq küçəyə baxdım. Heç kimin olmadığını gördüm"."Uşaqlarıma paltarlar, ərzaq almaq qərarına gəldim"Fəqan Mikayılov qeyd edib ki, evdən təxminən 20 metr aralandıqdan sonra əlindəki odun parçasını yolun kənarına kanalizasiya arxına tullayıb: "Axşamlar qaldığım kimsəsiz həyətə getdim. Aydının cibindən götürdüyüm pulları saydım. 1 ədəd 100-lük, 18 ədəd əllilik, cəmi 1000 manat idi.Hadisədən sonra həyat yoldaşım Rəqsanənin nömrəsinə mesajlar yazdım. Sonra Aydının cibindən götürdüyüm 1000 manat pulla uşaqlarım üçün paltar və ərzaq almaq qərarına gəldim. Əvvəl tanımadığım şəxsdən 50 manata heroin aldım. Həmin heroindən istifadə etdim.Sonra Lənkəran şəhərində yerləşən mərkəzi bazara getdim. Paltarlara təxminən 300 manata yaxın pul verdim".Fəqan Mikayılovun sözlərinə görə, noyabrın 22-də mağazadan ərzaq alıb: "Taksi ilə Lənkəran şəhərində Mədəniyyət evinin yaxınlığında yaşayan nənəmin evinə getdim. Taksidən düşərək şeyləri götürdüm, qapının qarşısına qoydum. Qapı bağlı olduğundan ərzağı geri, özümlə götürüm. Başqa bir xarici markalı taksi maşını ilə 10 manata razılaşdım ki, məni Astara rayon Ərçivan kəndinə aparsın, aldıqlarımı uşaqlarıma verim.Aldığım şeylər taksidə qaldı, yenidən yaxınlıqda olan ərzaq mağazasına geydim. Oradan ət, kartof, banan və soğan aldım, ümumilikdə həmin gün ərzağa təxminən 150 manat xərclədim"."Hamısını ailəmə verdim"Fəqan Mikayılov qeyd edib ki, həmin taksi ilə Astara rayon Ərçivan kəndinə gedib: "Hətta taksiyə dördyol qəbiristanlığının yanındakı təzə yanacaqdoldurma məntəqəsindən 5 manatlıq benzin də vurdum.Taksi məni qayınanamgilə düşürdü. Təxminən saat 16 radələrinə kimi orada qaldım, aldığım paltarları və ərzağı da orada ailəmə verdim".Fəqan Mikayılovun ifadəsinə görə, noyabrın 22-də, saat təxminən 11 radələrində Aydının evinin qarşısından keçərək çayxanaya gedib: "Orada eşitdim ki, Aydını və arvadını öldürüblər.Başa düşdüm Aydın və arvadı Azada odun parçası ilə başlarına vurduğum zərbələrdən ölüblər. Bunu eşidəndə hərəkətimdən pis oldum. Dəniz kənarına gedərək orada ağladım, 1-2 saat gəzişdim.Noyabrın 23-də anam Dilşad xəbər göndərdi ki, evə qayıdım. Mən də evə getdim. Noyabrın 26-da ata evində qaldım.Həmin gün axşam saat təxminən 20 radələrində evdə olanda eşitdim ki, polislər həyətə gəlib. Məni şöbəyə apardılar. Törətdiyim cinayəti etiraf etdim".20 il cəzaLənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fəqan Mikayılov 20 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasının ilk yeddi ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, Fəqan Mikayılovun barəsində ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini tələb edib.Prokurorun protesti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Kamran Əkbərovun sədrlik etdiyi kollegiyada araşdırılıb.Prokurorun protestinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Prokurorun protesti təmin olunub.Ömürlük cəzaLənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib, Fəqan Mikayılovun barəsində yeni hökm çıxarılıb.Hökmə əsasən, Fəqan Mikayılov ömürlük azadlıqdan məhrum edilib. Onun cəzasını həbsxanada çəkməsi qərara alınıb.Bu hökmdən narazı qalan Fəqan Mikayılov kasasiya şikayəti verib. O, barəsində olan ömürlük azadlıqdan məhrum etmə cəzasının ləğv edilməsini, cəzasının yüngülləşdirilməsini xahiş edib.Fəqan Mikayılovun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Şikayət hakim Gülzar Rzayevanın sədrlik etdiyi kollegiyada araşdırılıb və təmin olunmayıb.BAKU.WS

Son xəbərlər