5 qadını qətlə yetirən ata və oğuldan YENİ XƏBƏR
19
dek
2018
08:20
Şirvan Apellyasiya Məhkəməsində həyat yoldaşı və 4 qızını qətlə yetirən ata və onunla əlbir olan oğulun apellyasiya şikayətinə baxılıb.BAKU.WS “report”a istinadən xəbər verir ki, hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə Əliyev Fəqan Fərhad oğlu və Əliyev Fərhad Məhərrəm oğlunun apellyasiya şikayəti təmin edilməyib.Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.2014-cü ilin mart ayında Salyanda 1961-ci il təvəllüdlü Mehparə Əliyeva və 4 qızı - 1985-ci il təvəllüdlü İradə Əliyeva, 1991-ci il təvəllüdlü Ümidə Əliyeva, 1998-ci il təvəllüdlü Rəqibə Əliyeva və 1987-ci il təvəllüdlü Sevda Əliyeva itkin düşüb.Üç il sonra məlum olub ki, ana və 4 qızı həyat yoldaşı Fərhad Əliyev və onunla əlbir olan oğlu Fəqan tərəfindən qətlə yetirilərək, meyitləri yaşadıqları evin zirzəmisində basdırılıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əliyev Fəqan Fərhad oğlu və Əliyev Fərhad Məhərrəm oğlu CM-nin 120.2.1, 120.2.4, 120.2.7 ömürlük olaraq azadlıqdan məhrum edilib.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda arvadı və 4 qızını öldürən ata-oğul barədə QƏRAR VERİLDİ
Sentyabr ayının 7-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində 2014-cü ilin mart ayının 6-da yaşadıqları Salyan rayonunun “Zavod” məhəlləsindəki evlərində həyat yol...