Cəlilabadda qətl - Bacısının qayınatasını bıçaqladı
14
iyl
2018
13:45
Şirvan Apellyasiya Məhkəməsində Cəlilabadda qətl törədən şəxsin şikayətinə baxılıb.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hakim Etibar Camalovun sədrliyi ilə keçirilən prosesdə Həmzəyev Əvəz Əhəd oğlunun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.Qeyd edək ki, 2017-ci ilin dekabrın 28-də rayonun 1999-cu il təvəllüdlü Həmzəyev Əvəz Uzuntəpə kəndində hərəkətdə olan marşrut avtobusunda həmyerlisi Rakif Hüseynovu bıçaqlayaraq öldürüb. Hadisəyə səbəb Ə.Həmzəyevin 18 yaşlı bacısının həyat yoldaşı (R. Hüseynovun oğlu-red.) ilə münasibətlərinin pozulması olub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Həmzəyev CM-nin 120.2.4, 228.4 maddələri ilə 17 il 6 ay azadlıqdan məhrum edilib. BAKU.WS
Oxşar xəbərlər
Ali Məhkəmədən Mehman Hüseynova pis xəbər
Bu gün Ali Məhkəmədə bloqqer Mehman Hüseynovun barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib."Report"un xəbər...