Salyanda dəhşət: ər öz arvadını və 4 qızını öldürüb həyətdə basdırdı (FOTO)
07
dek
2017
10:24
Salyanda 3 il əvvəl baş vermiş dəhşətli cinayətin üstü açılıb.BAKU.WS xəbər verir ki, virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, 2014-cü ildə Salyan şəhərinin “Zavod “ məhəlləsində yaşayan Mehparə Nadir qızı Əliyeva dörd qızı - İradə, Rəqibə, Sevda və Ümidə ilə birlikdə itkin düşüb. Ailənin başçısı Fərhad Məhərrəm oğlu Əliyevin içki düşkünü olması ucbatından yaşanan münaqişələrə görə qadının qızlarını götürərək Türkiyəyə getdiyi ehtimal olunsa da, onların Fərhad Əliyev tərəfindən öldürülərək oğlu Fəqanın köməkliyi ilə həyətlərində basdırıldığı məlum olub.Hadisənin açılmasına səbəb isə bu yaxınlarda Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişində onlarla bağlı süjetin göstərilməsi olub. Belə ki, ana və qızlarının Türkiyəyə getməsi ehtimalının ictimailəşdilməsini qeyrətsizlik kimi qəbul edən ata və oğul törətdikləri cinayəti etiraf ediblər.Yaxın saatlarda cəsədlərin basdırıldığı yerdən eskumasiya ediləcəyi gözlənilir.Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi qaldırılıb, təxirəsalınmaz istintaq hərəkətləri davam etdirilir.BAKU.WS
Oxşar xəbərlər
Evə qayıdan kişi arvadını başqa kişi ilə gördü - QƏTLİN TƏFƏRRÜATI
Şirvan Apellyasiya Məhkəməsində Salyanda həyat yoldaşını qətlə yetirən şəxsin apellyasiya şikayətinə baxılıb.BAKU.WS-in APA-nın Mil-Muğan bürosunun məlumatına g...