Salyanda dəhşət: qətlə yetirilərək basdırılan meyitin üzərində hamam tikilib (FOTO)
Salyanda tapılan naməlum kişi meyitinin şəxsiyyəti müəyyənləşdirilib.
BAKU.WS-in məlumatına əsasən, report-un Aran bürosu xəbər verir ki, meyit Salyan şəhəri Yunis Zərgərli küçəsində keçmiş bələdiyyə sədrinin müavini Rafiq Cavadovun qardaşı Rövşən Cavadova məxsus həyətyanı sahədə aşkarlanıb.
Meyitin 14 ay əvvəl itkin düşmüş 26 yaşlı Qasımov Elçin Mirqələm oğluna aid olduğu məlum olub. Belə ki, E.Qasımov öldürülüb, qeyd olunan ərazidə basdırılıb. Meyitin basdırıldığı yerin üstündə isə hamam tikilib.
Yerli sakinlərin verdiyi məlumata görə, meyitin tapıldığı yerin sahibi Rövşən Cavadov təqribən 1 il əvvəl qəflətən Almaniyaya köçüb və hazırda orada yaşayır.
Rövşən Cavadovun həyat yoldaşı Nazənin Cavadova Salyan Rayon Polis Şöbəsinə (RPŞ) aparılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda həmin ərazi mühafizə olunur.
Qeyd edək ki, Rövşən Cavadovun arvadı Nazənin Sahib qızı Cavadova əvvəllər 59 saylı Salyan seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu
üzvü olub.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda dəhşətli olay: Sahibsiz itlər kişini parçaladı
Bakıda heyvanlar tərəfindən parçalanmış kişi meyiti aşkarlanıb. APA-nın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb. Sakinlər rayo...