Meyiti tapılan neftçinin adı bilindi
Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin şəxsiyyəti müəyyənləşdirilib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Xəzər dənizinin Türkmənistan sahillərindən 55 km uzaqlıqda Azərbaycana məxsus "Cabbar Həşimov” gəmisi kişi cəsədi aşkar edilib. Dərhal yaxınlıqda olan Türkmənistana məxsus "Caspian Rovşan” gəmisinə məlumat ötürülmüş və cəsəd gəminin göyərtəsinə qaldırılaraq Türkmənbaşı dəniz limanı istiqamətinə aparılıb.
Məlum olub ki, meyit 10-cu dərin dəniz özülündə mexanik işləyən və baş vermiş qəza nəticəsində itkin düşən neftçi, 1958-ci il təvəllüdlü Qasımov Mübariz Dilqəm oğluna məxsusdur.
Xatırladaq ki, bir müddət öncə Xəzərin Türkmənistan sektorunda 3 neftçinin cəsədi aşkarlanıb. Neftçilər Quliyev Əzizağa Nöhbala oğlu, Abdullayev Adil Ələkbər oğlu və Qasımov İman Şura oğlunun meyitləri Vətənə gətirilib və aidiyyətı üzrə təhvil verilib. Ziya Babayev BAKU.WS
Oxşar xəbərlər
Daha bir neftçinin meyiti Türkmənistanda tapıldı, FHN təyyarə göndərdi
"Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş neftçilərdən daha birinin cəsədi tapılıb. BAKU.WS-in Türkmənistan...