Daha bir neftçinin meyiti Türkmənistandan tapıldı

Daha bir neftçinin meyiti Türkmənistandan tapıldı
Hadisə 3664

Bir qədər əvvəl Xəzərin Türkmənistan sularında daha bir neftçinin meyiti tapılıb. 

BAKU.WS-in Türkmənistandan əldə etdiyi məlumata görə, tapılan cəsədin əlamətləri 40 yaşının olması, başının keçəl və bığının olmasıdır. Neftçinin SOCAR-ın geyimində olduğu bildirilir. Onun üzərindən sənədlər çıxıb. Meyit hazırda Türkmənistanın Kiyanlı qəsəbəsinə aparılır. 

Qeyd edək ki, bir qədər əvvəl daha bir neftçinin meyiti Türkmənistan sularında tapılmışdı Meyiti tapılan neftçinin  Qasımov İman Şura oğlu olduğu məlum olmuşdu. 

Xatırladaq ki, dekabrın 4-də axşam saatlarında "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə yanğın baş verib. SOCAR-dan verilən məlumata görə, yanğına səbəb güclü tufanın saat 17:40 radələrində yataqdakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarması olub. 

Rəsmi məlumata görə, hadisə zamanı platformada 63 nəfər olub. Onlardan 7-nin meyiti tapılıb, 33 nəfər təxliyyə olunub, 23 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib.

Axtarışları davam etdirilən şəxslər aşağıdakılar idi: 

1. Qasımov Mübariz Dilqəm o. 21.01.1958

2. Rzaxanov Edik Rivazin o. 15.01.1983

3. Babazadə Tural Fətəli o. 01.09.1993

4. Quliyev Əzizağa Nöhbala o. 16.09.1953

5. Rəsulov Elşad Balaoğlan o. 24.03.1971

6. Qasımov Bayram Mirzəağa o. 20.03.1978

7. Abdullayev Adil Ələkbər o. 19,02,1953

8. Əbdüləzizov Əbdüləziz İsmayıl oğlu 30.01.1954

9. Şirəliyev İzzət Qəmbər o. 10.05.1973

10. Nəcməddinov Qəmərşah Nəcməddin o. 20.09.1978

11. Niyazov Seyfəddin Abil o. 09.02.1968

12. İskəndərov İnqilab Osman o. 29.11.1957

13. Mayborda Oleq Akimoviç 21.11.1971

14. Əhmədov Canbaxış Əhməd o. 21.02.1962

15. İbrahimov Xalid Bəşir o. 12.08.1971

16. Həsənov Zaur Vahid o. 24.12.1975

17. Cəriyev Vəli Kiçikağa o. 22.04.1967

18. Hüseynov Bəhlul Sirac o. 25.11.1969

19. Səmədov Xoşbəxt Xanış o. 26.09.1981

20. Xəlilov Zaur Arif o. 15.09.1975

21. Şahmarov Sahib Güloğlan o. 02.08.1973

22. Əliyev Əyyub Xəlil o. 22.07.1973

BAKU.WS

Son xəbərlər