İtkin düşən neftçilərin ailə üzvləri axtarışlara cəlb olundu

İtkin düşən neftçilərin ailə üzvləri axtarışlara cəlb olundu
Hadisə 1454

 

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və SOCAR dekabr 4-də "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş təbii fəlakət nəticəsində itkin düşən neftçilərin ailə üzvlərinin istəyini nəzərə alaraq, onların vertolyotlar vasitəsi ilə axtarış işlərində iştirakını təmin etmək qərarına gəlib. 

BAKU.WS-in SOCAR-a istinadla verdiyi məlumata görə, dekabrın 29-da itkin düşənlərin hərəsinin 1 (bir) nəfər ailə üzvü axtarış briqadası ilə birlikdə bu işlərə cəlb olunacaq.

Xatırladaq ki, dekabrın 4-də axşam saatlarında "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə yanğın baş verib. SOCAR-dan verilən məlumata görə, yanğına səbəb güclü tufanın saat 17:40 radələrində yataqdakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarması olub. 

Rəsmi məlumata görə, hadisə zamanı platformada 63 nəfər olub. Onlardan 7-nin meyiti tapılıb, 33 nəfər təxliyyə olunub, 23 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib.

Şahin Həbibov

BAKU.WS

Son xəbərlər