Neftçilərin "Günəşli" yatağındakı son fotosu
Dekabrın 4-də "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən dəhşətli yanğın zamanı xilas olunan neftçi Bəhruz Babayev həmin anları çəkə bilib. BAKU.WS-in məlumatına görə, neftçi öz Facebook səhifəsində xilasetmə anlarını çəkib. Fotoda xilas olunmuş neftçilər və həmin ərazi görünür. Qeyd edək ki, dekabrın 4-də baş verən güclü tufan saat 17:40 radələrində Xəzərdə "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib. Hadisə ilə bağlı FHN-in xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin "Vixr-9” və "Topaz” yanğınsöndürən gəmiləri, habelə "Avyor” dalğıc və "Samir Quliyev” yedək gəmiləri vasitəsi ilə təxliyyə işləri həyata keçirilir. Qəza nəticəsində dənizdə itkin düşənlərdən 7 nəfərin cəsədini aşkar edib. Ümumilikdə hadisə yerində 63 işçi olub. Onlardan 33 nəfər xilas olunub. 23 nəfər isə itkin düşüb. İtkin düşənlərin axtarışalrı davam edir. Ziya Səccad
BAKU.WS
Oxşar xəbərlər
Neftçilərin meyitlərinin dənizdən çıxarılma əməliyyatı (ŞOK GÖRÜNTÜ +18)
Dekabrın 4-də "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən dəhşətli yanğın nəticəsində ölən şəxslərin meyitlərinin dənizdə çıxarılma anlarının gör...