Cəsədi Türkmənistanda tapılan neftçi Azərbaycana gətirildi
"Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş neftçinin cəsədi gətirilib.
BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin meyiti Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib.
Məlumat daxil olduqdan dərhal sonra cəsədin gətirilməsi üçün Türkmənistana yola düşən FHN-in "BE-200ÇS” amfibiya tipli təyyarəsi geri qayıdıb. Neftçi Qasımov İman Şura oğlunun cəsədi respublikaya gətirilmiş və aidiyyatı üzrə təhvil verilib.
BAKU.WS
Oxşar xəbərlər
Cəsədi tapılan neftçi bütün Azərbaycanı göz yaşlarına boğan o mesajın sahibi çıxdı (YENİLƏNİB, FOTO)
BAKU.WS Türkmənistan sərhəddində cəsədi tapılan neftçi ilə bağlı yeni məlumatlar əldə edib. Dənizdən meyiti çıxarılan 1960-ci il təvəllüdlü Qasımov İman Şura...